image-203ad774-8333-3669-ad38-6e9255497414_850-1backend

Ukraynanın Rusiya nəzarətində olan kənd və qəsəbələrinin sayı açıqlanıb

image-reklam_sirab_01

Bu günə kimi ukraynalı müdafiəçilər Ukraynanın mindən çox şəhər və kəndini rus işğalçılarından azad ediblər. Qarşıda 2500-dən çox kiçik kənd və qəsəbənin işğaldan azad edilməsi dayanır.

Veteninfo UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

“Biz artıq düşmənin ilk olaraq ələ keçirdiyi mindən çox şəhər və kəndi azad etmişik. Biz 2500-dən çox kiçik kənd və qəsəbəni azad etməliyik”, – o deyib.

Müdafiə naziri vurğulayıb ki, ərazilərin işğaldan azad edilməsinin sürəti silahların əldə olunma tempindən asılıdır:

“Şübhəsiz ki, Rusiya məğlub ola bilər. Ukrayna artıq bunun necə edilə biləcəyini göstərdi və indi hər şey azad dünyanın bizi dəstəkləməyə nə dərəcədə hazır olmasından asılıdır. Əgər vaxtında kifayət qədər silah alsaq, torpağımızı azad edəcəyik”.

Onun fikrincə, Rusiya yalnız döyüş meydanında sarsıdıcı zərbədən sonra danışıqlar masasına əyləşəcək, Rusiya yalnız məğlub olandan sonra Ukrayna ilə ciddi söhbətə açıq olacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki