image-reklam-veteninfo
image-img_2083backend

“Unutmayaq, Dəstək Olaq” – İİV/QİÇS-dən vəfat edənlərin Xatirə Günü qeyd olunub

image-reklam-veteninfo

İİV/QİÇS-dən vəfat edən insanların Ümumdünya Xatirə Günü hər il may ayının üçüncü bazar günü anılır. 2024-cü ildə bu əlamətdar gün mayın 19-na təsadüf edir. Bu günün əsas məqsədi İİV/QİÇS səbəbilə həyatını itirmiş insanların xatirəsini yad etmək, cəmiyyətdə xəstəlik haqqında məlumatlılığı artırmaq, habelə stiqma və ayrı-seçkiliyə qarşı mübarizəni gücləndirməkdir.

Bu mühüm gün münasibətilə “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi tərəfindən 19 may 2024-cü il tarixində geniş maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə iştirakçılara İİV-in yoluxma yolları, profilaktik tədbirlər, erkən diaqnostikanın əhəmiyyəti və müasir tibbi imkanlar haqqında ətraflı məlumat verilmişdir.

image-img_2093 image-img_2084 image-img_2083

Tədbir çərçivəsində İİV-lə yaşayan şəxslərə qarşı humanist, qayğıkeş və tolerant münasibətin cəmiyyət üçün vacibliyi xüsusi vurğulanmış, stiqma və ayrı-seçkiliyin xəstəliklə effektiv mübarizəyə mane olduğu qeyd edilmişdir. Həmçinin, İİV-in vaxtında aşkarlanması və müalicəsinə erkən başlanmasının xəstələrin həyat keyfiyyətini qorumaqda həlledici rol oynadığı iştirakçıların diqqətinə çatdırılmışdır.

“İnkişaf-2006” İctimai Birliyi bu kimi tədbirlərlə ictimaiyyətdə İİV/QİÇS-lə bağlı doğru məlumatlılığın artırılmasına, profilaktik tədbirlərin genişləndirilməsinə və İİV-lə yaşayan insanların hüquqlarına hörmət mühitinin formalaşmasına töhfə verməkdə davam edir.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki