image-e06c800b-982f-3ab3-b284-e70fb8afd36b_850backend

ÜST: Meymunçiçəyinin digər qeyri-endemik ölkələrə keçmə riski realdır

image-reklam_sirab_01

Meymunçiçəyinin qeyri-endemik ölkələrə keçmə riskinin realdır.

“Report” xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qebreyesus vurğulayıb ki, ÜST virusun həssas əhali qrupları, o cümlədən uşaqlar və hamilə qadınlar arasında yayılma risklərindən xüsusən narahatdır.

“Bəzi ölkələr indi açıq şəkildə cəmiyyətə yoluxma halları, o cümlədən bəziləri yoluxma hallarının qadınlarda aşkarlandığını bildirməyə başlayır”, – ÜST rəhbəri əlavə edib.

Təşkilat rəhbərinin sözlərinə görə, meymunçiçəyinə 29 ölkədə 1 000-dən çox yoluxma qeydə alınıb.

“Hazırda ÜST-də bu xəstəlik üçün 29 ölkədən endemik olmayan 1 000-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. İndiyədək bu ölkələrdə bir dəfə də olsa, ölüm halı qeydə alınmayıb”, – baş direktor bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki