image-download-3backend

       Uydurma “erməni soyqırımı” tarixi faktlar əsasında

image-reklam_sirab_01

İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Türk millətinə qarşı qətliamlar həyata  keçirir, torpaq idiaları irəli sürür, böyük fəlakətlər və soyqrım törədiblər. XX əsrin əvvələrindən Tûrk millətinə qarşı kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük etdikləri göz qabağındadır. Belə  bir sual verək erməni  soyqırımı məsələsi necə və haradan meydana çıxdı? Nəyə görə türklər ermənilərə qarşı qətliam törədiblər? Doğrudanmı belə olub?

Ermənilər iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıblar. Tarixi faktlara əsasən deyə biləriki  Türkiyənin xx əsrin əvvələrində başını qaşımağa macalı yox idi. İngiltərə və Fransa tarixdə ən böyük donanma ilə Türkiyə üzərinə hücum etmişdi. 1915 ci ilin aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq, ölkədə cinayətkar fəaliyyətinə görə “Daşnak” və “Hnçak” partiyalarının rəhbərləri həbs olunub. Tarixi faktlar, arxiv materialları da dediyimizə sübutdur. Qondarma “erməni soyqırımı” məsələsinin mahiyyəti belədir: Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların rellaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “qorunmaması” məsələsi bəhanə ola bilərdi.  1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci ildə Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etdi və sözügedən soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxdı. Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başladı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşdi, daha sonra Van, Sason, Adana üsyanları ard-arda baş verdi. Bu hadisədən sonra 1905-ci ildə Sultana sui-qəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirdilər. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edildi. Onların böyük əksəriyyəti kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə səpələnməsini nəzərdə tutsa da, praktikada hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara, həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.Göründüyü kimi hec bir qətliam və yaxud “soyqırımı”ndan söhbət gedə bilməz. Sadəcə, ermənilər aprelin 24-nü ona görə “soyqırımı günü” kimi qeyd edirlər ki, köç haqqında qərardan sonra onların dövlət yaratmaq istədikləri 6 vilayətdə onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma endirildi. Yəni onların Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxdı. İndi isə Con Baydenin uydurma və cəfəngiyat olan “soyqırım” məsələsinə gəlincə fakta nəzər salaq. ABŞ eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein başqanlığında yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportdan: “Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu iddiaları son dərəcə əsassızdır. Osmanlı İmperatorluğunun azlıqlara qarşı müdhiş sayıla biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. Azlıqlar, öz dini azadlıqlarını və həyatlarını son dərəcə rahat bir şəkildə davam etdirirdi. Erməni terror dəstələri I Dünya savaşı əsnasında Fransa və Rusiya ilə birlikdə Osmanlıları öldürdü. Realıqda bu rəqəmin iki milyon ətrafında olduğu bir gerçəkdir. Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir. Osmanlı da özünü müdafiə etdi. Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə böyük gəlirlər təmin edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısına almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya cıxacaq. Buna baxmayaraq, ermənilər 1965-ci ildən etibarən hər il aprelin 24-nü “soyqırım günü” kimi qeyd edirlər. Faktları ustalıqla şişirdən ermənilərin və erməni lobbisinin hədəfi “4 T” adlanan tələblərinin yerinə yetirilməsidir: 1-ci “Soyqırımı”nın dünyada tanınması; 2-ci Türkiyənin “soyqırımı” tanıması; 3-cü Türkiyənin “soyqırımı”na uğramış adamların varislərinə təzminat ödəməsi;  Beynəlxalq hüquq  qanunlarına əsasən  hesab ediliriki, dünya ölkələrinin “soyqırım” qərarlarını qəbul etməsində 5 amil rol oynayir. Lakin xəyanətkar erməni heç bir subut belə ortaya qoya bilməmişdir. Ermənipərəst dünya nə qədər dirəşsə də, nə qədər erməni yalanları ilə həmrəy olsa da, Türkiyə baş verməyən bir cinayəti heç vaxt öz üzərinə götürməyəcəyi bəllidir. Bu yolda can qardaşlarımıza təmkin və əzm arzu edirik. Yeri gəlmişkən, dünya dövlətlərindən, ümumilikdə səlibçilərdən ədalət gözləməyi, nə vaxtsa daşı ətəyindən töküb haqqı deməyi ummuruq. Çünki 105 yox, cəmi 29 il əvvəl bir gecənin içində milliyyətinə və dininə görə məhv edilən xocalıları görən dünya hələ də susur və bəzən qatilin başını sığallayır, onu müdafiə edir. 1992-ci il fevral ayının 26-na keçən gecə Xocalı şəhəri erməni silahlıları tərəfindən yerlə-yeksan edildi, böyük sayda uşaq, qadın, qoca, dinc əhali məhv edildi. Öldürülən insanların sayını 613 nəfər göstərdilər. Həqiqət budur ki, həmin gecə 2300 nəfərdən artıq adam erməni soyqırımının qurbanı olmuşdur. Xocalıda törədilən soyqırımı bizim üçün ilk olay deyildi. Ermənilər müxtəlif illərdə minlərlə Azərbaycan kəndini dağıtmış, yüzlərlə kəndi yer üzündən silmişlər. 1905-1907, 1914-1916, 1918-1920, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. 1918 ci ildə xalqımıza qarşı törətdikləri çoxlsaylı soqırımı cinayətlərindən biridir.  Həmin ilin mart-aprel aylarında qəsibkar ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda 50 mindən artıq Azərbaycanlı öldürülmüş , soyğunçuluq etmiş və öz dədə-baba vətənindən didərgin salmışlar. Təkcə Bakıda 30 mindən çox Azərbaycanlı əzabcasına qətlə yetirilmiş, Şamaxıda 8 mindən çox insan öldürülmüşdür. Quba qəzasında, Lənkəran mahalında, Qarsda, Dağlıq Qarabağın dağlıq yerlərində və Zəngəzur da ümumi 1920 ev dağıdılmış yüz otuz min insan amansızcasına öldürülmüşdür.

  Alıyev Fariz

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki