image-ff2f2cb6-a13d-35c2-abd7-e32e859eba9e_850backend

Varan DÇ-2022-yə qədər “Mançester Yunayted”də oynamayacaq

image-reklam_sirab_01

İngiltərənin “Mançester Yunayted” futbol komandasının müdafiəçisi Rafael Varan dünya çempionatına qədər meydanda olmayacaq.

Bu barədə BBC məlumat yayıb.

Fransalı futbolçu İngiltərə çempionatının “Çelsi” ilə oyununda (1:1) zədələnib. Belə ki, Varanın bud nahiyəsinin arxa hissəsinin əzələləri zədə görüb.

Daha əvvəl fransalının DÇ-2022-də iştirakının onun üçün sual altında qaldığı bildirilirdi.

Qeyd edək ki, dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki