image-7backend

Vaşinqton Bakı və İrəvana kömək etməyə hazırdır- Ned Prays

image-reklam_sirab_01

“ABŞ Azərbaycan və Ermənistanla münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirəcək.” –Vətəninfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinq zamanı ABŞ xüsusi xidmət orqanlarının Cənubi Qafqazda gərginliyin saxlanması ilə bağlı hesabatını şərh edərkən bildirib.

Prays bölgədəki vəziyyəti nəzarətdə saxlamağın vacib olduğunu bildirib.

“Bu, uzun müddətdir davam edən münaqişədir və Birləşmiş Ştatlar onun həllinə kömək etmək üçün mümkün olan hər şeyi etmək istəyir. Biz Azərbaycan və Ermənistanla işləmək, dialoq və diplomatiya sahəsində və bütün müvafiq mexanizmlər vasitəsilə onların öz səylərini dəstəkləməklə bunu davam etdirəcəyik”.

Prays əmin etdi ki, Vaşinqton Bakı və İrəvana kömək etməyə hazırdır.

ABŞ tərəflərin bu məsələni həll edə biləcəyinə ümid edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki