image-a5c9c536-92b3-347b-b7ec-4eefdfcedd04_850backend

Venesuela və Qətər arasında birbaşa uçuşlara başlanılacaq

image-reklam_sirab_01

Oktyabr ayından etibarən Venesuelanın paytaxtı Karakasla Qətərin paytaxtı Doha arasında birbaşa uçuşlar başlayacaq.

“Report”un “Reuters”ə istinadən məlumatına görə, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

Maduronun Qətərə turu iki gün davam edib.

“Biz Qətərli iş adamlarının neft, qaz, neft-kimya, turizm və qida istehsalı sahələrində bütün investisiya planını nəzərdən keçirirdik”, – Maduro Bakıda olarkən Venesuela dövlət televiziyasının verilişində Qətərdəki görüşlər barədə deyib.

Dövlət başçısının Qətərə səfəri Türkiyə, Əlcəzair, İran, Küveytə səfərləri əhatə edən beynəlxalq turun bir hissəsidir.

Venesuela hökuməti Əlcəzair və İran arasında da birbaşa uçuşlar elan edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki