image-share-mediumbackend

“Veteninfo.az” İnformasiya Agentliyi 11 yaşında – TƏBRİK ƏVƏZİ

image-reklam_sirab_01

Bu gün “Veteninfo.az” İnformasiya Agentliyinin  fəaliyyətə başlamasından 11 il ötür.

Veteninfo.az 2012-ci ilin martın 17-də fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Saytın təsisiçisi və baş redaktoru tanınmış jurnalist Nahid Canbaxışlıdır.

www.veteninfo.az domeni ilə fəaliyyət göstərən sayt vasitəsilə gün ərzində Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar, gündəlik xəbərlər geniş oxucu kütləsinə təqdim olunur. 11 il keçən zaman ərzində “Veteninfo.az” İnformasiya Agentliyi bir çox uğurlara imza atıb. Beynəlxalq tədbirlərdə mükafat qazanıb.

Bu gün 11 yaşımızı qeyd etdiyimiz bir ərəfədə inamla deyə bilərik ki, “Veteninfo.az” İnformasiya Agentliyi ölkənin ən oxunaqlı saytlarından biridir. Saytımız həm də Media Reyestrindən keçən azsaylı informasiya agentliklərindən biridir. Qarşımızda böyük hədəflərimiz var. Bu hədəflərimizə doğru inamla irəliləyirik.

Bütün komandamızı təbrik edirəm.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki