VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə
olunub.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Adil Abış oğlu Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin
edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
Qərar səsverməyə qoyularaq qəbul olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 8 iyul tarixli Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra
Hakimiyyətinin başçısı təyin edilib.


























