image-1643027851-61ee934933e4861ee934933e4a1643025225faad4c2cd183da86f7d1de81caa18c61backend

Vilyam Hacıyevə qanunsuz silah saxlama ilə bağlı ittiham irəli sürüldü

image-reklam_sirab_01

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Veteninfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Vilyam Hacıyevin səhhəti barədə məlumat veriblər. Müdafiəçilər qeyd ediblər ki, təqsirləndirilən şəxs ağır xəstəlikdən əziyyət çəkir. O, həmçinin bir müddət əvvəl sidik kisəsindən əməliyyat olunub.

Vəkillər Vilyam Hacıyevin məhkəmədə iştirakının çətin olduğunu bildirərək onun proseslərdə onlayn qaydada iştirak etməsi ilə bağlı vəsatət veriblər. Sabiq icra başçısı proses müddətində bir neçə dəfə zalı tərk etmək məcburiyyətində qalıb.

Bundan başqa, təqsirləndirilən şəxsin qəfəsdən çıxarılaraq məhkəmə zalında oturması və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırılıb.

Məhkəmə qaldırılan vəsatətlərin heç birini təmin etməyib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanuna zidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin V. Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib. V.Hacıyev rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməyib.

Bundan başqa, sabiq icra başçısı tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İttiham aktında qeyd olunub ki, Vilyam Hacıyev İmişli Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunan şəxsdən təyinat müqabilində 70 min manat, Rayon Olimpiya İdman Kompleksinə rəhbər təyin olunan şəxsdən isə 10 min manat pulu rüşvət qismində alıb. Həmçinin, ittiham aktında qeyd olunub ki, sabiq icra başçısı tərəfindən kənd icra nümayəndələrindən və bələdiyyə sədrlərindən himayədarlıq məqsədi ilə rüşvət alınıb.

Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib. Bununla bağlı ona əlavə olaraq Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən sabiq icra başçısı cinayət işi üzrə özünü təqsirli bilmədiyini deyib.

Proses yanvarın 28-də davam etdiriləcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki