image-640969a13b4eebackend

Volodimir Zelenski Antonio Quterreşlə razılıq əldə etdiklərini bildirib

image-reklam_sirab_01

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşündə Qara Dəniz Taxıl Təşəbbüsünü martın 18-dən sonra davam etdirməyə razılaşdıqlarını bildirib.

Vətəninfo.az xəbər verir ki, Zelenski paytaxt Kiyevdə Quterreşlə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib:

“Rusiya Ukraynada nəzarət etdiyi Zaporojye Atom Elektrik Stansiyasını şantaj eedir. Zaporojye Atom Elektrik Stansiyası Ukraynanın tam nəzarətinə qayıtmalıdır. Bu, təkcə Ukraynanın deyil, qlobal təhlükəsizlik məsələsidir.

A.Quterreşlə 18 martdan sonra Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi məsələsini müzakirə etdik. Bu gün biz Qara Dəniz Taxıl Təşəbbüsünün 18 mMartdan sonra davam etdirilməsinin bütün dünya üçün kritik bir ehtiyac olduğu barədə razılığa gəldik.

BMT-nin Baş katibi A.Qutereş isə Rusiyanı Ukraynaya hücumda ittiham edib və BMT olaraq Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini vurğulayıb.

Quterreş Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin və qorunmasının həyati əhəmiyyət daşıdığını vurğulayaraq, bölgənin tamamilə tərk-silah edilməsinin vacibliyini dilə gətirib.

Keçən il İstanbulda imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü sayəsində Ukrayna limanlarından 23 milyon tondan çox taxıl ixrac edildiyini qeyd edən Quterreş “(Qara Dəniz Taxıl Təşəbbüsü) qlobal ərzaq qiymətlərinin azalmasına töhfə verdi və xüsusilə inkişaf etməkdə olan ölkələrdə müharibə üçün yüksək qiymətlər ödəyən insanları təcili yardımla təmin etdi” deyib.

Quterreş qeyd edib ki, sözügedən təşəbbüsün müddəti martın 18-dən sonra da uzadılmalıdır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki