image-206ab200-71e7-3bc1-bf73-c38b2040d554_850backend

Vuçiç Lavrovun Serbiyaya səfərinə imkan verilməməsi ilə bağlı xalqa müraciət edəcək

image-reklam_sirab_01

Serbiya Prezidenti Aleksandar Vuçiç bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Belqrada səfərinin ləğvi ilə bağlı xalqa müraciət edəcək.

“Report” xəbər verir ki, bu barədə bazar günü respublikanın milli televiziyası məlumat yayıb.

Bildirilir ki, Prezident Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun öz hava məkanını Lavrovun təyyarəsi üçün bağlaması ilə əlaqədar axşam saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) Serbiya vətəndaşlarına müraciət edəcək.

Cümə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri iyunun 6-7-də Serbiyaya səfər edəcək. Səfər zamanı bu ölkənin Prezidenti ilə görüş nəzərdə tutulub, xarici işlər naziri, habelə digər rəsmi şəxslərlə danışıqlar aparılacaq. Zaxarovanın sözlərinə görə, tərəflərin ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə edəcəyi, Balkan regionunda vəziyyət, eləcə də aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilirdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki