image-3cfeb978-386d-3e57-b77d-1a200a4278b3_850backend

Vuçiç Serbiya Silahlı Qüvvələrinin Baş Qərargahının binasına gəlib

image-reklam_sirab_01

Serbiya Prezidenti Aleksandar Vuçiç bazar günü Respublika Silahlı Qüvvələrinin Baş Qərargahının binasına gəlib.

Bu barədə “Pink” telekanalı məlumat yayıb.

Məlumata görə, dövlət başçısı ordu komandanlığı ilə Kosovo və Metoxiyadakı vəziyyəti müzakirə edir.

Bazar günü axşam tanınmayan qurumun polisi Serbiya ilə inzibati xətt üzrə keçid məntəqəsini bağladıqdan sonra bölgədə vəziyyət kəskin şəkildə gərginləşib. Buna cavab olaraq Kosovonun şimal hissəsində serblər nümayiş keçirərək, əsas magistral yolları bağlayıblar. Bölgənin şimalındakı bir sıra şəhərlərdə həyəcan siqnalları işə salınıb.

Qeyd edək ki, dünən Kosovo və Metoxiyanın serb əhalisi barrikadalar qurmağa başlayıb. Serbiya vətəndaşları Kosovonun şimalında və Metoxiyada barrikadalar qurublar. Onlarla insan Priştina – Raska əsas yolunu bağlayıb. Küçələrdə olan Kosovo polisinin xüsusi dəstələri (ROSU polis xüsusi təyinatlıları) şəhər əhalisi toplanması başlayanda ətraf kəndlərə yola düşüb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki