image-33backend

Xankəndi separatçılarının yeni lideri kimdir? – Dosye

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, separatçıbaşı Arutyunyan istefa verib.  Samvel Şahramanyanın “dövlət naziri” təyin edilərək səlahiyyətləri artırılıb.

Şahramanyan 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub.

O, Qarabağdakı separatçı dəstənin “milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub. General-mayordur.

İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib.

1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib.

2008-ci ildən Qarabağdakə qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb.

29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki