Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” qrupuna könüllülərin qəbulu elan edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Vətəninfo.az-a bildirilib ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
Qəbul üçün son müraciət tarixi cari il iyun ayının 10-dur.
Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.
Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.