image-defaultbackend

Yaponiyada H3 raketinin buraxılışı uğursuz oldu, raket məhv edildi

image-reklam_sirab_01

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) mütəxəssisləri daha əvvəl Taneqasima kosmik stansiyasından (Kaqosima prefekturası) buraxılmış yeni yapon raket H3-ün uçuşunu dayandırıblar. Vətəninfo.az xəbər verir ki, yayımı Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) kanalı aparıb.

Daha əvvəl bildirilmişdi ki, raketin uçuşunu dayandırmaq üçün siqnal göndərilib, “Çünki missiyanın uğurla başa çatacağını proqnozlaşdırmaq mümkün deyildi”. JAXA ikinci mərhələ mühərrikinin işə salındığını təsdiqləməyib.

“Raketin məhv edilməsi üçün siqnal göndərilib” deyə aparıcı təkrarlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki