image-yas3backend

Yasamal rayonunda səki və yollar təmir edilir

image-reklam_sirab_01

Yasamal rayonu sakinlərinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə  rayonun müxtəlif ünvanlarında kompleks tədbirlər həyata keçirilir. Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsi tərəfindən müxtəlif ərazilərə baxış keçirilmiş və səkilərin təzələnməsi işlərinin sürətləndirilməsi qərara alınmışdır. Müvafiq işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda səki örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan və sosial obyektlərin yerləşdiyi  ərazilərdə aparılır.

Küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, səkilərin hərəkət hissəsi yenilənir, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilir.Aparılan  işlər çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni örtük döşənir.

Cari il üçün iş cədvəlinə  uyğun olaraq  Yasamal rayonu üzrə təmirə ehtiyacı olan digər ərazilərdə də yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki