image-1backend

Yaşar Gülər Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb

image-reklam_sirab_01

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycandan olan Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvləri ilə görüşüb.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak da iştirak edib.
Görüşdə çıxış edən Yaşar Gülər Azərbaycanın bütövlüyü və təhlükəsizliyi uğrunda mübarizə apararkən şəhid olanlara Allahdan rəhmət diləyib.
Yaşar Gülər bildirib ki, Türkiyə və Azərbaycan tarixi, mədəni və qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki dövlət, tək millətdir: “Tarix boyu sevinc və kədəri birlikdə yaşayan bu iki qardaş çətin zamanlarda bir-birinin yanında olub. Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq hər ötən gün inkişaf edir. Azərbaycanın gücü bizim, bizim gücümüz Azərbaycanın gücüdür. Bundan sonra da belə olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image