image-erdoganbackend

Yeddi-on gün ərzində taxıl dəhlizinin yaradılması məsələsinə ümid edirəm-ƏRDOĞAN

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna limanlarından taxıl ixracı üçün dəhliz yaradılması məsələsi ilə bağlı Rusiya və Ukrayna ilə əlaqələri gücləndirmək niyyətində olduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, o, bu barədə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Ərdoğan taxıl dəhlizinin mühüm məsələ olduğunu və Putin və Zelenskinin bu məsələyə yanaşmasının çox önəmli olduğunu vurğulayıb. Türkiyə prezidenti əlavə edib ki, Ankara bu məsələ ilə bağlı danışıqları davam etdirəcək və prosesin Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həyata keçirilməsini istəyir. Ərdoğan bildirib ki, yeddi-on gün ərzində taxıl dəhlizinin yaradılması məsələsində bir nəticə əldə etməyə çalışacağıma ümid edirəm.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki