image-reklam-veteninfo
image-6297a4aded6196297a4aded61a165410526159d8d3242525d8a657ee54535a27fe6fbackend

Yunanıstanda maska rejimi ləğv edilir

image-reklam-veteninfo

Yunanıstanda sabahdan etibarən maskadan istifadə məcburiyyəti aradan qaldırılır.

İyunun 2-dən etibarən qapalı məkanlarda maskadan istifadə məcburiyyəti aradan qaldırılır. Yalnız ictimai nəqliyyat və xəstəxanalar istisna təşkil edir.

Səhiyyə Nazirliyi bildirir ki, qərar 3 ay qüvvədə olacaq. Sentyabrda epidemioloji vəziyyət yenidən nəzərdən keçirilərək qərar veriləcək.

Ekspertlərin fikrincə Yunanıstan hökuməti Covid-19-la bağlı tələbləri turizmi canlandırmaq üçün yumşaldıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki