image-zakir_hesenov1643094295backend

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

image-reklam_sirab_01

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Belarus müdafiə nazirləri Zakir Həsənov və Viktor Xrenin telefon danışığı zamanı MDB Müdafiə Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın müdafiə naziri iyulun 3-də Minskdə keçirilməsi planlaşdırılan iclasda iştirakını təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki