image-gulzade-memmedovabackend

Zəfər yolunun tarixi

image-reklam_sirab_01

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirib ki, bir əsrdə Azərbaycan “iki dəfə” müstəqilliyini əldə etməyi qazanıb.

1918-ci il 28 may…birinci dəfə müstəqillik elan edilən zaman heç Azərbaycanda da deyildilər. Onlar Azərbaycana yalnız bir neçə həftədən sonra daxil ola bildilər. Hətta istəsələr də belə Bakıya daxil ola bilməzdilər. Bununla belə problemlərin heç biri liderləri dayandıra bilmədi. Azərbaycana, Azərbaycan xalqına inandılar. Təəssüf ki, xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən müstəqillik itirildi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı.

İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il … Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, tarixi anı tezləşdirmək istəyirdi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal yolunda neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.

Bir payız günü Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyası dörd gün uzun-uzadı qırğın müzakirələrdən sonra 1991-ci il oktyabrın 18-də “Azərbaycan dövlət müstəqiliyi haqqında Konstitusiya Aktı” qəbul etdi. Bununla da Azərbaycan tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi hökumət dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcək. Ona görə də təsadüfi deyil ki, “Konstitusiya Aktı” ilk mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim yenə Kremlin dediyi ilə oturub dururdu. 1991-ci il dekabrın 25-də Qorbaçovun hakimiyyətdən əl çəkməsi ilə SSRİ beynəlxalq hüquq subyekti kimi tarix səhnəsindən silindi.

Azərbaycanın müstəqil dövlətə çevrilməsində daha bir həlledici addım dekabrın 29-da atıldı. Həmin gün referendum bülleteninə bir söz yazılmışdı. “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqənda Azərbaycan Ali Sovetinin Konstitusiya Aktı”na tərəfdarsınızmı? Səsvermə hüququ olanların 95% bu suala yekdilliklə müsbət cavab verdilər.

Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət 1991-ci il noyabrın 8-də qardaş Türkiyə Cümhuriyyəti oldu. 1991-ci ilin sonuna qədər Ruminiya, Pakistan, İsveçrə, İran tərəfindən tanındı. Bu proses sonrakı illərdə də davam etdi.

Azərbaycanın 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş vürsət almış I Qarabağ müharibəsi, digər tərəfdən daxildə gedən siyasi çəkişmə, seperatizm müstəqilliyin itirmək təhlükəsini reallaşdırırdı. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Hər dəfə ümumilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti, bu gün öz taleyini etibarlı əllərə tapşırmışdır. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yolun hər birində Heydər Əliyevin imzası var. Qürur duyduğumuz ən vacib məqam budur ki, Öndərimiz həyata keçirdiyi inkişaf kursunun ardıcıllığını təmin etmiş, bu kursun ən layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin timsalında ölkəmizin taleyini etibarlı əllərə əmanət etmişdir. Bu gün H.Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır. Ancaq tarix tarixdir. Biz tarixi dəyişdirə bilmərik. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək, müsbət meyillər əsasında inkişafı təmin edək. Bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün çəkisi var.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur.

Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq öz ərazi bütövlüyünü bərpa etmiş qalıb xalq kimi qeyd edir.

Biz artıq dünyaya sübut etmişik ki, müstəqil yaşaya bilərik. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin məzmununa uyğun daha dəqiq ifadə olunması böyük əhəmiyyət kəsb edir. Ona görə də bundan sonra yeni qanun layihəsinə əsasən 28 may Respublika günü – Müstəqillik günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası günü kimi qeyd olunur.

 

Suraxanı rayonu, Cavanşir Rəhimov adına 146 nömrəli tam orta məktəbin direktoru Gülzadə Məmmədovaimage-gulzade-memmedova

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki