image-ilham3backend

Zəfərimizin 2-ci ildönümündə Prezident İlham Əliyevin Şuşadan ictimaiyyətə çatdırdığı mühüm məqamlar

image-reklam_sirab_01

 

 

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlər bir neçə istiqamətdə diqqət çəkir.

Qəhrəman övladlarımızın dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdığınıvurulayan dövlətimizin başçısı deyib: “Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”.

Ölkə başçısının toxunduğu diqqətçəkən məqamlardan biri Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlıdır. Prezident İlham Əliyev bildirib ki, Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər: “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Ölkə başçısı həmçinin ermənipərəst qüvvələrin Azərbaycan məscidlərini dağıdanlarla əməkdaşlığını da sərt tənqid edərək vurğulamışdır: “Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır”.

Azərbaycan Prezidenti noyabrın 8-də çıxışında bu il sentyabrın ortalarında baş verən döyüşlərə də toxunub. Bunu Ermənistanın təxribatlarına cavab adlandırıb: “13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir”.

Cənab Prezident çıxışında Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha diqqətə çatdırmışdır: “İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.Vətən müharibəsindəki Qələbəmizimkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik”.

 

Aysel Mənsimova – politoloq

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki