image-0fb2e2f4-b3d7-3b4d-879f-9a5e5db779b5_850backend

Zelenski NATO və “G7” sammitlərinə dəvətləri qəbul edib

image-reklam_sirab_01

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada keçiriləcək “G7” sammitində və NATO-nun İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitində iştirak etmək üçün dəvətləri qəbul etdiyini bildirib.

Bu barədə Şərqi Avropa ölkəsinin başçısı tviterdə yazıb.

“Almaniyada keçiriləcək “G7” sammitində kansler Olaf Şoltsun, NATO-nun Madriddə keçiriləcək sammitində NATO-nun Baş katibi Yens Stoltenberqin əsas beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvətini minnətdarlıqla qəbul etdim”, – siyasətçi yazıb.

Ukrayna Prezidentinin hər iki tədbirdə şəxsən və ya videokonfrans vasitəsilə iştirak edəcəyi məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki