image-44backend

Zelenski Suriya prezidenti Əsədə qarşı sanksiyalar tətbiq edib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Suriya prezidenti Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edib.

Zelenskinin Ukrayna Prezident Aparatının saytında yerləşdirilən müvafiq fərmanında Əsədə qarşı sanksiyaların on il müddətində qüvvədə olacağı bildirilir. Bu sanksiyalara Suriya prezidentinin aktivlərinin bloklanması, əgər varsa, onun hər hansı ticarət fəaliyyətinə qadağa qoyulması daxildir.

Sanksiyalar həmçinin Suriyanın baş naziri Hüseyn Arnous, xarici işlər və mühacirlər naziri Faysal Mekdada da tətbiq edilib.

Bu sanksiya siyahısında 300 nəfər var. Onların arasında üç suriyalı, rusiyalı və Krımdan olan bir ukraynalı da var ki, onların da Rusiya vətəndaşlığı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki