image-d9ed082e-5869-3ccc-81a8-1634a6c1202d_850backend

Zelenski UTX-nin daha 28 məmurunun işdən çıxarılacağını bildirib

image-reklam_sirab_01

Yaxın vaxtlarda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) daha 28 məmuru işdən çıxarılacaq.

Bu barədə Prezident Volodimir Zelenski müraciətində deyib.

“Və Ukrayna Təhlükəsizlik Xidməti ilə bağlı daha bir mühüm xəbər. Hazırda xidmətdə kadr auditi aparılır. İyirmi səkkiz məmurun işdən çıxarılması məsələsi həll edilir. Müxtəlif səviyyələr, müxtəlif istiqamətlər. Amma əsaslar oxşardır – qeyri-qənaətbəxş nəticəli işlər”, – o deyib.

Xatırladaq ki, Zelenski bir gün əvvəl UTX-nin rəhbəri İvan Bakanovu, eləcə də baş prokuror İrina Benediktovanı istefaya göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki