image-f78c69a1-0c67-31d0-b25e-4455a7e0f92f_850backend

Zelenski UTX rəhbərini və baş prokuroru vəzifədən kənarlaşdırmasının səbəbini açıqlayıb

image-reklam_sirab_01

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) rəhbərinin və baş prokurorunun vəzifəsindən kənarlaşdırılması səbəbi məlum olub.

Bu barədə Veteninfo Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətinə istinadən xəbər verir.

Belə ki, Zelenski ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Rusiya xüsusi xidmət orqanları arasında qeydə alınan məxfi əlaqələrə görə İvan Bakanovu Təhlükəsizlik Xidmətinin rəhbəri, İrina Venediktovanı isə baş prokuror vəzifəsindən kənarlaşdırıb.

Prezident bildirib ki, hazırda dövlətə xəyanət və prokurorluq, ibtidai istintaq orqanları və digər hüquq-mühafizə orqanları əməkdaşlarının birgə fəaliyyətinə görə 651 cinayət işi qaldırılıb.

198 prosesdə şəxslərin şübhəli əməlləri ilə bağlı bildiriş daxil olub. O cümlədən, prokurorluq və Təhlükəsizlik Xidmətinin 60-dan çox əməkdaşı işğal olunmuş ərazilərdə qalıb və Ukraynaya qarşı fəaliyyət göstərir.

“Ukraynanın təhlükəsizlik qüvvələri ilə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları arasında qeydə alınan dövlətin milli təhlükəsizliyinin əsaslarına və kommunikasiyalara qarşı belə kütləvi cinayətlər barədə aidiyyəti orqanların rəhbərlərinə çox ciddi suallar verir. Bu sualların hər biri düzgün cavabını alacaq”, – o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki