image-photo_196688backend

Zəlzələ Türkiyəyə 100 milyard dollardan çox ziyan vurub – BMT

image-reklam_sirab_01

Fevral ayında baş verən zəlzələlərin Türkiyəyə vurduğu zərər 100 milyard dolları keçə bilər.

Bu barədə BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Vinton bildirib.

“Bu günə qədər aparılan hesablamalardan aydın olur ki, hökumətin təqdim etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən zərər hesablamaları 100 milyard dolları keçəcək”, – Vinton Türkiyənin Qaziantep şəhərindən videobağlantı vasitəsilə danışarkən deyib.

Vinton Türkiyənin ən çox zərər çəkmiş Hatay vilayətindəki vəziyyəti “apokaliptik” adlandıraraq, yüz minlərlə evin dağıldığını bildirib. “Ehtiyaclar böyükdür, lakin resurslar azdır” – deyə beynəlxalq rəsmi əlavə edib.

Qeyd edək ki, daha əvvəl Dünya Bankı fevralın 6-da baş vermiş zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanı 34,2 milyard dollar qiymətləndirmişdi. Bildirilmişdi ki, bu məbləğ davam edən afterşoklar səbəbindən arta bilər. Fəlakətin bərpası və nəticələrinin aradan qaldırılması Türkiyəyə daha da baha başa gələ bilər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Son məlumata görə, zəlzələlər nəticəsində ölənlərin sayı 46 mini keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki