image-img-20220507-wa0023backend

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır

image-reklam_sirab_01

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır.

 

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 730 kv.km  olub, əhalisi isə 45473 nəfərdən ibarətdir. Şimaldan Qubadlı rayonu ilə , Şərqdən Cəbrayıl rayonu, cənubdan isə  Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğala qədər rayon əsasən tütünçülük və üzümçülüklə məşğul olmuşdur. Həmçinin  heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdir. Zəngilan rayonundan 13 nəfər sovet imperiyasının ən yüksək dövlət mükafatına – Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdü. Bu hadisə  də bütün dünyaya səs salmışdı. Buna görə bölgə “Qızıl Zəngilan” adı ilə tarixə düşmüşdü.

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara  məruz qalmaqla yanaşı ,Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmiş,şəhərdə cəmi 1-2 salamat bina qoymuşlar. Demək olar ki, rayonda bir dənə də olsun  salamat kənd qalmayıb,bütün kəndlər dağıdılıb.Bütün bu olanlar  bir daha erməni vandalizminin eybəcər tərəfini  bütün dünyaya sübut edir.Hər kəsə məlumdur ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu ölkəmizi necə böyük fəlakətdən – erməni faşizmindən qurtardı!. Bunlarla yanaşı Zəngilan rayonunda, həmçinin, bütün abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bütün törədilən bu vəhşiliklərə baxmayaraq artıq bir müddətdir ki, tarixi-dini abidələrimiz  bərpa olunur. Zəngilan şəhər məscidi  buna bariz nümunə ola bilər. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə məscidin yenidən əvvəlki vəziyyətinə qaytarmaq istiqamətində işlər aparılır. Çünki bu məscidin yalnız bir divar qalmışdı ona görə də əsaslı işlərin aparılması üçün zərurət yaranmışdır.
Zəngilan rayonu digər rayonlar kimi gözəl təbiətə malikdir. Lakin erməni cəlladları bu gözəlliyə də əl atıb,onu məhv etmişdir. Təbiəti qorumaq , onun qayğısına qalmaq hər birimizin borcudur. Bunu əsas götürərək bu gözəlliyi qorumaq üçün hər birimiz bir olmalıyıq. Zəngilan rayonunda turizmi inkişaf etdirmək çox müsbət nəticələr verəcəkdir. Rayonun gözəl meşələri, dağları, bulaqları, çayları və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunların olması  böyük bir sərvət hesab oluna bilər.Görülən bütün bu işlər rayonun inkişafına zəmin yaradır. Yaxın illər ərzində rayonun daha da yaxşı vəziyyətə gələcəyi danılmazdır.
20 oktyabr 2020–ci ildə Zəngilan şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Zəngilan rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Zəngəzur Azərbaycandır! Qarabağ Azərbaycandır!

 

Mamedova Fəridə YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image