image-img-20220507-wa0026backend

Zəngilan rayonunda böyük turizm potensialı vardır

image-reklam_sirab_01

Zəngilan rayonunda böyük turizm potensialı vardır

 

Bildiyimiz kimi erməni işğalçı qüvvələri Zəngilan rayonunu yerlə-yeksan etmişlər. Demək olar ki, burada bir-iki salamat bina qalmışdır. Bu erməni vandalizminin daha bir eybəcərliyi idi. Zəngilan birinci rayondur ki, məcburi köçkünlər tezliklə buraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Burada dövlət nə mümkünsə edir. Bütün güclər səfərbər olunur. Təxirəsalınmaz işlərin görülməsi üçün 4.4 milyard manat ümumilikdə vəsait ayrılacaqdır.Bunların içində Zəngəzur dəhlizinin tərkib hissəsi nəqliyyat infrastrukturudur. Bu il Zəngilan Beynəlxalq Havalimanı istismara veriləcəkdir. 4 və 6 zolaqdan ibarət avtomobil yolu inşa olunur. Zəngilan rayonunun həm dəmir yolu,həm də avtomobil yolu ilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəkdir.

İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Bu yol Zəngilandan keçməli idi. Onların arzu və ümidləri gözlərində qaldı.

Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına yollar çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonlar arasındakı birləşməni təmin etməlidir. Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq ki, yeni yollar açılsın.

Son illər nəqliyyat sektorunun inkişafına mühüm əhəmiyyət verilir.

Əhalinin məşğuliyyəti ilə bağlı məsələlər vacibdir. Ağalı kəndində yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Buradakı əsas məşğulluq kənd təsərrüfatı olmalıdır. Çünki əhali yurd-yuvasına qayıtdıqda məşğulluq üçün müəyyən işlər olmalıdır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Burada əsas məsələ məhsuldarlıq, sudan və eyni zamanda əkin yerlərindən düzgün istifadə edilməsidir. Keçən il “DOST Aqropark” adlandırılan aqroparkın təməli qoyuldu. İşğaldan azad olunmuş torpaqlarımızda bu aqroparkların sayı daha çox olacaqdır. Kəndlər planlı şəkildə bərpa ediləcək. Hər bir kəndin baş planı hazırlanır. Bütün işlər ancaq baş planlar əsasında olmalıdır.

Ermənistan işğal dövründə ekonomiyamıza böyük zərər vurmuşdur. 50-60 min hektar meşə zolağı tamamilə məhv edilmişdir. Bunlar xüsusilə Kəlbəcər,Laçın,Zəngilan və Qubadlı rayonlarında daha çox özünü göstərirdi. Ümumiyyətlə Avropada ikinci böyük çinar meşəsi Zəngilan rayonunda olub. Burada olan Bəstiçay təbiət qoruğunun böyük bir hissəsi məhv edilib. Artıq burada bərpa işlərinə başlanılıb. Erməni vandalları Kəlbəcər və Zəngilan rayonunda olan qızıl və digər qiymətli metal yataqlarını vəhşicəsinə istismar etmişlər. Ermənistanda isitsmar edilən mis kombinantının bütün axıntıları bu rayondan keçən Oxçuçaya axıdılmışdır. İndi Ermənistan bütün törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyanları hesablayırıq,bütün dağıdılmış binalarda video-foto çəkiliş aparılır. Bu sübutlar beynəlxalq məhkəmələrə verilmək üçün əlimizdə faktdır.

Zəngilan rayonunun gözəl təbiəti burada turizmin inkişafına səbəb olacaqdır. Gözəl meşələr,dağlar,çaylar buna sübutdur. Əlbəttə ki,burada turizmin inkişafı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Burada istirahət zonaları yaradılmalı,kənd turizmi inkişaf etdirilməlidir. Bütün bunlar buraya qayıdacaq insanlar üçün həm məşğulluq,həm də gəlir mənbəyi olmalıdır.

 

 

266 saylı məktəbin tarix müəllimi

Fərzəliyeva Rəsmiyyə Vaqif qızı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki