image-reklam-veteninfo
image-may-yusifbackend

Zərərin azaldılması gününə həsr olunmuş maarifləndirmə aksiyası keçirilib

image-reklam-veteninfo

“Uşaq Hüquqları Müdafiəsi Liqası” İctimai Birliyi 7 May – Beynəlxalq Zərərin Azaldılması Günü ilə əlaqədar Bakı şəhərində əhali arasında geniş maarifləndirmə aksiyası təşkil edib.
İctimai Birliyin sədri Yusif Bəkirovun yaxından iştirakı və rəhbərliyi ilə baş tutan aksiyada paytaxt sakinlərinə zərərli vərdişlərin fəsadları, sağlam həyat tərzinin üstünlükləri və zərərin azaldılması prinsipləri barədə ətraflı məlumat verilib. Sakinlərlə səmimi söhbətlər aparılıb, xüsusilə gənclərin sağlam gələcəyi naminə bu cür maarifləndirici təşəbbüslərin vacibliyi diqqətə çatdırılıb və onlara müvafiq məlumatlandırıcı materiallar paylanılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki