Dekabrın 1-dən 3-nə kimi Türkiyənin Kahraman Maraş şəhərində keçiriləcək “World Warrıors” turnirində Azərbaycanı 11 yaşlı “Mauqli” ləqəbli Həsən Nəsirov təmsil edəcək.
Bu barədə Vətəninfo.az saytına “Xocalı” idman klubunun baş məşqıçısı Əli Cəfərov məlumat verib. Baş məşqiçi bildirib ki, gənc idmançıya Milli Məclisin sədr müavini Adil Əliyev və Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev,”Xocalı” klubunun prezidenti Ehram Məcidov dəstək nümayiş etdiriblər.