image-photo_203877backend

13 yaşlı qız  tapıldı – Polis TƏSDİQLƏDİ

image-reklam_sirab_01

Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva tapılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O qeyd edib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib:

“Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyati təhlükəsinin olmadığını dəqiqləşdiriblər. İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki