image-44backend

133 saylı  marşrut xətti kimə məxsusdur?- VƏTƏNDAŞ ÜSYANI

image-reklam_sirab_01

Vətəninfo.az-a müraciət edən vətəndaş Anar Nəcəfov 133 saylı  marşrut xəttindən şikayətçidir. Anar Nəcəfov bildirib ki, aprelin 13-də ona məxsus “Chevrolet Volt” markalı 77 XK 650 dövlət nömrə nişanlı avtomobili ilə Biləcəri-Baksol yolu adlanan ərazidə hərəkət edən zaman Bakı Nəqliyyat Agentliyinin eyniləşdirmə nişanı 01068 “Karsan” markalı, 99 JP 247 dövlət nömrə nişanlı 133 saylı avtobus tərəfindən avtomobili vurulub.

image-66

Anar Nəcəfovun sözlərinə görə həmin 133 saylı sərnişin avtobusu kənd Binəqədi – Gənclik metrosu istiqamətində hərəkət edir. Anar Nəcəfov vurğulayır ki, hadisədən sonra məlum olub ki, 133 saylı marşurut üzrə gündəlik hərəkət edən bu avtobusların heç birinin nə “icbari” nə də “kasko” sığortası yoxdur: “ Mən hadisədən sonra, avtomobilimin sığorta olunduğu “Paşa Sığorta”nın əməkdaşlarını dəvət etdim. Onlar hadisə yerinə gəldilər. Bütün bunlar çəkilişlə həyata keçirildi. Dövlət Yol Polisinin kameralarında da hadisənin günahgarının 133 saylı avtobusun sürücüsü olduğu müəyyən olunub. “Paşa Sığorta”dan da bildirdilər ki, 133 saylı marşurut üzrə hərəkət edən avtobusların sığortaları olmadığından onlar avtomobilin təmiri üçün sığorta vəsaiti ayıra bilməyəcək”. Anar Nəcəfov bildirdi ki, “Karsan”markalı avtobusun sürücüsü ona bildirib ki, bu cür hadisələrdə 133 saylı avtobusun qarajı,yəni rəhbərliyi işə qarışır onlar məsələni həll edirlər.

İndi vətəndaş günlərdir avtomobilinin təmir olunması üçün 133 saylı marşrutun sahibləri ilə təmas qura bilmir.
Səbəb bu avtobusların sığortasız olmasıdır.

Anar Nəcəfov iddia edir ki, 133 saylı marşrut avtobusları sahibi sabiq Daxili İşlər naziri Ramin Usubovun qardaşı Sahib Usubov və onun oğlu Hikmət Usubova məxsusdur. Anar Nəcəfovun iddialarına aydınlıq gətirmək üçün 133 saylı xəttə sahib olan “Çinar Trans” MMC  şirkətini ilə əlaqə saxlamaq istədik. Şirkətin zəng vurduğumuz 050-283-33-13 telefonla əlaqə saxlaya bilmədik.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Vətəninfo.az sosial şöbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki