image-322485876_3386641518271938_5048187972778397282_nbackend

2022-ci ildə İranda edamların sayı 88% artıb

image-reklam_sirab_01

İranda insan haqları fəalları qrupu 2022-ci il hesabatında bu il edamların 88 faiz artdığını bildirib.
Vətəninfo.az xəbər verir ki, “HRANA” xəbər orqanı 2022-ci ildə 267 mənbə tərəfindən yayılan insan haqlarının vəziyyətinə dair 13.342 hesabatın toplanması, təhlili və sənədləşdirilməsinin sayında ciddi artımdan əlavə, bu müddət ərzində iranlıların öz fundamental hüquqlarının kobud şəkildə pozulması ilə üzləşdiklərini qeyd edib.

Bu barədə “HRANA” 2022-ci ildə edam olunacaq 92 nəfərin adlarını dərc edib. Bu müddət ərzində 565 nəfər edam cəzasına məhkum edilib, onlardan 6-sı insanların gözü önündə asılıb və onların 501-i kişi, 11-i isə qadın olub.

Həmçinin 2022-ci ildə fəalların və vətəndaşların həbsi ötən illə müqayisədə 1330 faiz artıb ki, bura xüsusilə ilin son üç ayında ictimai, ideoloji və ya siyasi fəaliyyətinə görə və ölkədə xalq etirazları ilə eyni vaxtda həbs edilən 23.977 vətəndaş daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki