image-image_750x_63a5e9c9883fdbackend

2022-ci ildə milyarderlər 1,9 trilyon dollar itiriblər

image-reklam_sirab_01

Dünyanın ən varlı adamlarının sərvəti 2022-ci ildə 1,9 trilyon dollar azalıb. Vətəninfo.az xəbər verir ki, bu Forbes açıqlama yayıb.  Nəşr bildirib ki, onların məcmu kapitalı təxminən 12 ayda 13,8 trilyon dollardan 11,9 trilyon dollara qədər azalıb.

“2022-ci ildə dünya üzrə milyarderlər 1,9 trilyon dollar itiriblər. Dekabrın 9-na onların ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb. Milyarderlərin sayı da azalaraq 2671-dən 2523-ə düşüb”, – nəşr yazır.

Üstəlik, 300 texnologiya milyarderi daha çox zərər çəkib. Onlar birlikdə 2022-ci ildə 1 trilyon dollardan çox itirdilər. Məsələn, Amazon qurucusu Jeff Bezos şirkətinin səhmlərinin dəyərinin təxminən 50% azalması səbəbindən 80 milyard dollardan çox itirib. Google-un ana şirkəti Alphabet də bu il külli miqdarda vəsait itirib.. Məqalədə deyilir ki, bu səbəbdən transmilli korporasiyanın həmtəsisçiləri Larri Peyc və Sergey Brin 40 milyard dollardan çox ziyana düşüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki