Türkiyə televiziyasında efirə gedən tok-şouda səslənən fikirlər Yunanıstan və Ermənistanda qorxuya səbəb olub. Vətəninfo.az xəbər verir ki, Türkiyə telekanalındakı tok-şouda politoloq Yunanıstanın və Ermənistanın 2050-ci ilə qədər Türkiyə bayrağı altında idarə olunacağını qeyd edib.
“Əgər bizə 200 F-35-lərimizi verməsəniz, NATO-dan çıxacağıq və lazım gələrsə, Afinanı vuracağıq. Gəlin Yunanıstanvə Ermənistana xoş xəbər verək. 2025-ci ildən başlayan proseslə 2050-ci ildə Türkiyə bayrağı altında yaşayacaqlar”.-deyə türk politoloq bildirib.