“Polşada yerləşdirilən 218 soydaşımızın təxliyəsi üçün təyyarə reysi gözlənilir”.
Bunu Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bildirib.
O deyib ki, səfirlikdən xəbər gözləyirlər: “Biz öz növbəmizdə soydaşlarımızı hotelə, hostelə, qonaq evlərinə yerləşdiririk. Dünən 30-dan çox soydaşımızı hotelə yerləşdirmişik. Bu gün isə 59 soydaşımız bizə müraciət edib”.
F. Cəfərli qeyd edib ki, ümumilikdə dünənki siyahıya əsasən Varşavaya 168, Krakova isə 50-dən çox soydaşımız yerləşdirilib: “Həftə sonuna kimi soydaşlarımızı yerləşdirməyə davam edəcəyik. Hələlik bir problem yoxdur. Sadəcə, təxliyə olmalıdır ki, bizdə yer problemi yaranmasın”.