image-turkiye-ermenistan-veteninfobackend

3 ay ərzində Türkiyədən Ermənistana 57 milyon dollar necə daxil olub?

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, 2020-ci ildən bu günə kimi Türkiyə ilə Ermənistan arasında ticarət dövrüyyəsində maraqlı faktlar qeyd alınıb. Tvyal.com platformasının meneceri, İrəvan Dövlət Univeristetinin dosenti, iqtisadçı Aqassi Tavadyan  Panorama.am saytına bildirib ki, 2020-ci ildən bu günə nəzər salsaq, iki il ərzində Türkiyə mallarının idxalı 40% azalıb. Yəni türk mallarında deyil, Türkiyənin özündən gətirilən mallarda azalma qeydə alınıb:

“Amma “Made in Turkey” mallarının idxalı cəmi 2% azalıb.Yəni insanlar bu malları Türkiyədən gətirmir, amma türk malı başqa yollarla.gətirirlər”. İqtisatçı ekspert maraqlı bir faktı da bildirib və qeyd edib ki,  Ermənistanın Türkiyəyə ixracatı olmasa da, amma maraqlısı odur ki, bu ilin 6, 7 və 8-ci aylarında Türkiyəyə ixracda görünməmiş artım qeydə alınıb və bu üç ay ərzində ixracat əvvəlkindən 2-3 dəfə çox olub”. “ Nə ixrac etmişik?”-sualına cavabda isə Aqassi Tavadyana  bildirib ki,Ermənistan Türkiyəyə təmizlənməmiş qızıl tozunu ixrac edib: “ Bu üç ay ərzində biz təxminən 57 milyon dollar dəyərində təmizlənməmiş qızıl tozu ixrac etdik ki, bu da təxminən 800 kq. Təşkil edir. Bu tendensiya indi də davam edir”.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki