image-01-1backend

31 dekabr- Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və yeni il müanisbəti ilə RİH-nin nümayəndələri Vətən müharibəsi Şəhid ailələrini ziyarət ediblər.

image-reklam_sirab_01

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.
Qeyd edək ki, Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə yaradılan Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanında Zəfər bağı, Nəsimi RİH başçısı və nümayəndələri tərəfindən ziyarət olunmuşdur.
Eyni zamanda 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il bayramı münasibəti ilə rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon icra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, onlara maddi yardım və bayram sovqatları çatdırılmışdır.
Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki