Gürcüstanın Rustavi şəhərində yeniyetmə 51 yaşlı Azərbaycan vətəndaşını öldürüb.
Hadisədən əvvəl 51 yaşlı şəxs Gürcüstan vətəndaşı olan tanışı yeniyetmə oğlanı evinə dəvət edib.
İddialara əsasən, o, yeniyetməni evdə kilidləyib və cinsi zorakılıq məqsədilə ona fiziki təzyiq göstərib.
Bildirilir ki, yeniyetmə özünü qorumaq məqsədilə həmin şəxsə bıçaq zərbələri endirib. Nəticədə 51 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Rustavi Şəhər Məhkəməsində keçirilən iclasda yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilib.
Yeniyetmənin vəkili bildirib ki, yeniyetmə hadisə zamanı tamamilə özünümüdafiə vəziyyətində olub. Onun sözlərinə görə, məhkəmə həbs qətimkan tədbirinin seçilməsini kifayət qədər əsaslandıra bilməyib və daha yüngül qətimkan tədbirinin, yaxud yüksək məbləğdə girovun tətbiqi mümkün idi.
Faktla bağlı araşdırmalar davam edir.Musavat.com


























