Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun açıqlaması erməniləri şoka salıb. Vətəninfo.az xəbər verir ki, “millət vəkili tezliklə İrəvanı fəth edəcəyik ” – sözləri erməniləri qorxuya salıb.
“İnsanlar düşmənçilik və müharibə şəraitində əbədi yaşaya bilməzlər. Biz Şuşanı müharibə ilə fəth etdik, İrəvanı sülhlə fəth edəcəyik”.
Bu açıqlama sosial şəbəkənin erməni seqmentində müzakirələrə səbəb olub. Erməni sosial şəbəkə istifadəçiləri yazırlar ki, Azərbaycan tezliklə İrəvanı da fəth edəcək.