image-reklam-veteninfo
image-1backend

55 nəfər Gürcüstandan deportasiya edildi – Azərbaycanlılar da var

image-reklam-veteninfo

Son günlərdə 55 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Vətəninfo.az  xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşlarının nazirliyin müvafiq bölmələri ilə sıx əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tayland, Misir, İraq və digər dövlətlərdən ümumilikdə 55 vətəndaş ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki