Söküntü mütəxəssisləri Türkiyədə baş verən zəlzələnin dağıntılara məruz qoyduğu ərazilərdən ümumilikdə 100 milyon ton inşaat tullantısı çıxacağını proqnozlaşrırılar.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə danışan Söküntü Podratçıları Dərnəyinin keçmiş prezidenti, “MAB söküntü” şirkətinin İdarə Heyətinin sədri Mehmet Ali Bulut bu rəqəmin 1 milyon 750 min tonunun metal tullantılar olacağını bildirib:
“1 qram dəmir belə boşa getməməli, ölkə iqtisadiyyatına gəlir kimi qayıtmalıdır. Bu yaxınlarda söküləcək 61 min 722 binanı nəzərə alsaq, 89 milyon ton tullantı olacaq. Artıq dağılmış binalarla birlikdə 100 milyon tona çatacaq. Bütün çökmüş və ağır zədələnmiş binalardan alınacaq polad dəmir qırıntıları 1 milyon 750 min ton olacaq. Dağıntılardan çıxarılacaq dəmir qırıntılarının təkrar emala töhfəsi 6 milyard 600 milyon lirəyə çatır. Bu dəyər iqtisadiyyata gətiriləcək. Ərazidən 660 futbol meydançasını doldurmağa kifayət edəcək qədər tullantı çıxacaq”.