İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən Tehrana səfər edən türkiyəli həmkarı Hakan Fidan ilə görüşdə deyib:
“Qafqazda sülh və əmin-amanlıq İran üçün daxildə sülh və təhlükəsizlik qədər vacibdir”.
Görüşdən məmnunluğunu ifadə edən iranlı nazir bildirib ki, Tehran İran-Azərbaycan-Türkiyə əməkdaşlıq formatının bərpasını dəstəkləyir.
O, Qafqaz regionunda baş verənlərə toxunaraq qeyd edib:
“İran üçün Qafqazda sülh çox əhəmiyyətlidir. Həm Azərbaycan, həm də Ermənistan bizim qonşumuzdur və biz iki ölkə arasında sülhü dəstəkləyirik”. (Mizan Online)