image-1backend

Abramoviç restoranda 4954 AZN-lik hesab verdi,10200 AZN bəxşiş payladı

image-reklam_sirab_01

Vətəninfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yəhudi əsilli rusiyalı milyarder  Roman Abramoviç bu dəfə ödədiyi hesabla gündəmə gəlib.

Məlumata görə, hazırda İstanbulda olan və ötən gün Anadolu Hisarıdakı restoranlardan birində şam yeməyi yeyən rusiyalı milyarder gedərkən restoran əməkdaşların sözün əsl mənasında sevindirib .12,5 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamları arasında yer alan məşhur milyarder Kabab, külləmə və qanad yeyib.İki dostu ilə məkana gedən iş adamını aşpaz Ömər Ataysin qonaq edib.Adanalı kabab, yağlı qara, külləmə və qanad yeyən iş adamı və dostları uzun müddət söhbət edib.Abramoviç 85 min TL-lik  (4954 AZN) hesabı ödəyərkən ofisiantlara 175 min TL-lik (10200 AZN) bahşiş qoyub. Ümumilikdə 260 min TL (15155 AZN)  ödəyən Abramoviç mühafizəçi ordusunun müşayiəti ilə məkanı tərk edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image