image-888backend

ABŞ Baş Qərargahının rəisi :”Ukrayna  bu il müharibədə qalib gələ bilməyəcək

image-reklam_sirab_01

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Mark Milley bəyan edib ki, Ukrayna bu il Rusiya qüvvələrinin hamısını öz ərazisindən çıxara bilməyəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə amerikalı general “Defense One” nəşrinə müsahibəsində danışıb.

“Bu il bunun mümkün olacağını düşünmürəm. Prezident Zelenski dəfələrlə açıq şəkildə bəyan edib ki, Ukraynanın məqsədi hər bir rus əsgərini Ukrayna ərazisindən çıxarmaqdır və bu, mühüm hərbi məsələdir. Bu, çox, çox çətin hərbi məsələdir. Biz görürük ki, Rusiya tərəfindən işğal olunmuş Ukraynada hələ də bir neçə yüz min əsgər var”.

General əlavə edib ki, Ukraynanın bu il öz ərazilərini tam azad edə bilməsi mümkünsüz deyil.

“Mən demirəm ki, bunu etmək mümkün deyil, sadəcə deyirəm ki, bu çox çətin işdir. Amma bu, onların məqsədidir və təbii ki, onların buna haqqı var, bu onların ölkəsidir və ukraynalıların bununla bağlı inamı və münasibəti güclüdür”, – deyə Mark Mali vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki