image-1200_0_1648808819-8558backend

ABŞ bir neçə NASAMS-ı Yaxın Şərqdən Ukraynaya köçürə bilər – Politico

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatları və müttəfiqləri bir neçə NASAMS zenit-raket kompleksini Ukraynaya göndərəcək.

Vətəninfo.az xəbər verir ki,  NASAMS sistemləri istehsalçısı Raytheon Technologies şirkətinin baş direktoru Qreq Hayes bildirib ki, onlar kompleksləri yaxın 3-6 ay ərzində təhvil vermək niyyətindədirlər. Eyni zamanda, 24 ay ərzində ABŞ Yaxın Şərqdəki ehtiyatları yeni qurğularla doldurmalı olacaq. Ol

Onun sözlərinə görə, sistemlərin Yaxın Şərqdən Ukraynaya ötürülməsi onların ABŞ-da istehsalından daha az vaxt aparacaq. O əlavə edib ki, NASAMS-ın yaradılmasına təxminən 2 il vaxt lazımdır. Bu, elektron komponentlərin və raket mühərriklərinin alınması zərurəti ilə bağlıdır.

Eyni zamanda, bu sistemlərin Ukraynaya verilməsi ilə bağlı razılaşma ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən təsdiqlənməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki