image-defaultbackend

ABŞ bir sıra İran rəsmilərinə sanksiya tətbiq edib

image-reklam_sirab_01

Birləşmiş Ştatlar baş prokuror və əsas hərbi məmurlar da daxil olmaqla, İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Səbəb İranda “etirazların yatırılması” olub.

Vətəninfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İranın baş prokuroru Mohammad Montazeri-ni sentyabr ayında “məhkəmələrə etirazlar zamanı həbs olunanların çoxuna ağır cəzalar təyin etmək əmri verməkdə” günahlandıraraq sanksiya tətbiq etdiyini bildirib.

Maliyyə Nazirliyinin məlumatına görə, İranın hüquq-mühafizə qüvvələri üçün avadanlıq istehsal edən İranın “İmen Sanat Zaman Fara” şirkəti də siyahıda olub.

Vaşinqton həmçinin iki yüksək rütbəli Bəsic məmuruna və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki məmuruna da sanksiya tətbiq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki