image-999backend

ABŞ bu ölkələrdən gələn  30 min miqrantı qəbul edəcək

image-reklam_sirab_01

ABŞ yeni proqram çərçivəsində Kuba, Nikaraqua, Haiti və Venesueladan ayda 30 minə qədər miqrant qəbul etməyi planlaşdırır . Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Planlaşdırılan proqramın təfərrüatları ABŞ prezidenti Co Baydenin sərhəd təhlükəsizliyi mövzusunda çıxış etməyi planlaşdırdığı və gələn həftə ABŞ-Meksika sərhədinə səfər etmək niyyətində olduğu bir vaxtda ortaya çıxıb.

Çərşənbə günü Kentukkiyə səfərindən sonra Bayden Ağ Evdə jurnalistlərə deyib ki, o, sərhəddə “sülh və təhlükəsizlik” görmək istəyir. Əvvəllər o, cənub-qərb sərhədinə səfər etmək niyyətində olduğunu bildirsə də, hələ ki, təfərrüatlar dəqiqləşdirilir.

“Mən nə baş verdiyini görəcəyəm” dedi Bayden bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki